“Beşiktaş”da ayrılıq yaxındı
18.03.2025 , 17:10

Ciro Immobile mövsümün sonunda “Beşiktaş”ı tərk edəcək.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, italiyalı hücumçu ilə Səudiyyə Ərəbistan klublarının maraqlandığı iddia olunub.
Bu səbəbdən futbolçu yayda Super Liqa klubu ilə yollarını ayıracaq.
35 yaşlı forvard “Beşiktaş”ın heyətində 33 matçda çıxış edib, 15 qol vurub və 3 məhsuldar ötürmənin müəllifidir.
