Qalmaqallı derbinin cəzaları açıqlanıb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, TFF "ağ qaralar"a 4 oyun azarkeşsiz oynama cəzası verib.
Həmçinin oyunda qırmızı vərəqə alan "Qalatasaray"lı Meloya 2 oyun, hakimə etiraz etdiyi və Musleranı təhqir etdiyi üçün "Beşiktaş"ın baş məşqçisi Slaven Biliçə isə 3 oyunluq cəza verilib.
