“Beşiktaş”-ın uzun müddətdir heyətinə qatmaq istədiyi əfsanəvi futbolçu Ronaldinyonun İstanbul klubuna keçidində irıliləyiş yaranıb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə futbolçunun meneceri Roberto Assisin noyabrın sonuna qədər İstanbula gələcəyi gözlənilir.
Burada klub rəsmisi Əhməd Nur Çebi ilə görüşməli olan menecer transferin detallarını müzakirə edəcək.
