“Beşiktaş”a rəsmi təklif göndərdilər
30.07.2024 , 20:18

“Beşiktaş” Cekson Muleka üçün Səudiyyə Ərəbistanından rəsmi təklif alıb.
Korner.az xəbət verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Kholood” 24 yaşlı futbolçu üçün İstanbul klubuna rəsmi təklif göndərib.
Futbolçunun klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
“Beşiktaş”da 79 matça çıxan Muleka 15 qol vurub, 3 məhsuldar ötürmə edib.
