Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Rikordo Kuarejma bu gün keçirilən məşq prosesində zədələnib.
Korner.az–ın məlumatına görə, ulduz oyunçu Super Liqanın son iki turunda oynaya bilməyəcək.
Qeyd edək ki, son Avropa çempionu bu mövsüm “qara qartallar”ın forması ilə 44 oyuna 6 qol vurub və 16 məhsuldar ötürmə edib.
