“Beşiktaş” “Yuventus”dan futbolçu transfer edir
31.05.2023 , 12:20

“Beşiktaş” yeni transferini reallaşdırmağa yaxındır.
Korner.az xəbər verir ki, “ağ-qaralar” “Yuventus”un futbolçusu Daniele Ruqanini heyətinə cəlb etmək istəyir.
Kifayət qədər forma tapa bilmədiyi üçün “Yuventus”dan ayrılmaq istəyən 28 yaşlı futbolçu üçün həm klubuna, həm də özünə 2 milyon avro təklif edilməsi gözlənilir.
Mina Musayeva
