“Beşiktaş” Yunas Svenssonla yollarını ayırdı
07.01.2026 , 23:45
“Beşiktaş” sağ cinah müdafiəçisi Yunas Svenssonla yollarını ayırdığını açıqlayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2023/24 mövsümündən bəri komandada çıxış edən norveçli futbolçu “Beşiktaş”la Türkiyə Kuboku və Superkuboku qazanıb.