“Beşiktaş” yeni baş məşqçisini rəsmən açıqladı
17.01.2025 , 22:10

“Beşiktaş”ın yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi Ule Qunnar Sulşerə tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Norveçli mütəxəssislə 2026-cı ilin yayına kimi müqavilə imzalanıb.
51 yaşlı məşqçinin son iş yeri “Mançester Yunayted olub.
