“Beşiktaş” yarımmüdafiə xəttini onunla gücləndirə bilər
18.06.2025 , 18:47

“Beşiktaş”ın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, “ağ-qaralar” “Napoli”nin yarımmüdafiəçisi Andre Zambo-Angissa ilə maraqlanır.
29 yaşlı futbolçunun hazırda İtaliya klubu ilə daha 2 illik müqaviləsi mövcuddur.
“Napoli” oyunçu üçün İstanbul təmsilçisindən 30 milyon avro tələb edir.
Zambo bu mövsüm 37 matçda meydana çıxıb, 6 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
