“Beşiktaş” xorvatiyalı hücumçu ilə maraqlanır
13.01.2025 , 11:45

“Beşiktaş” heyətini gücləndirmək üçün transfer çalışmalarına başlayıb.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi Zaqreb “Dinamo”sundan Sandro Kulenoviç heyətinə cəlb etmək istəyir.
Bu barədə jurnalist Pavel Qolaşevski məlumat yayıb.
Onun xəbərinə görə, 25 yaşlı xorvatiyalı hücumçu ilə “Beşiktaş”dan başqa “Legia Varşava” da maraqlanır.
Kulenoviç isə Zaqreb komandasından yeni müqavilə təklifi gözləyir. Klub rəhbərliyi Bruno Petkoviçin zədəsindən sonra komandanın yeganə hücumçusu olan Kulenoviçi itirmək istəmir.
Sandro Kulenoviç bu mövsüm Zaqreb “Dinamo”sunda 26 rəsmi matçda çıxış edib, 14 qol vurub.
