“Beşiktaş” xorvatiyalı futbolçu transfer edir
23.04.2025 , 11:15

“Beşiktaş” yayda komandadan ayrılacaq olan oyunçuların yerini doldurmağa çalışacaq.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Atalanta”nın yarımmüdafiəçisi Mario Pasaliçlə maraqlanır.
30 yaşlı xorvatiyalı futbolçu “Beşiktaş”a keçməyə müsbət baxır. Klublar arasında razılıq əldə olunarsa, transferin baş tutacağı gözlənilir.
Bu mövsüm “Atalanta”nın heyətində 42 matçda forma geyinən Pasaliç 6 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
