“Beşiktaş” xorvatiyalı futbolçuya “elçi düşüb”
03.04.2019 , 13:21

Türkiyənin “Beşiktaş” klubu Rusiya ÇSKA klubunun futbolçusu Nikola Vlaşiçlə maraqlanır.
“Qara qartallar” xorvatiyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Adı çəkilən klub 21 yaşlı futbolçu üçün 17 milyon avro ödəməyə hazır olduqlarını bəyan edib.
Qeyd edək ki, Nikola Vlasiç “Everton” klubuna məxsusdur və icarə əsasında ÇSKA klubunda çıxış edir.
