Türkiyənin "Beşiktaş" klubu İdman Arbitraj Məhkəməsinə etdiyi şikayəti rədd edilib. Korner.az-ın UEFA-nın saytına istinadən yaydığı məlumata görə, İstanbul klubu şikayətində bu komandanın Avroliqanın cari mövsümünə buraxmamaqla bağlı qitə futbol qurumunun qərarına etiraz edib.
Xatırladaq ki, “Beşiktaş” beş il müddətinə avrokuboklardan kənarlaşdırılıb. "Qara qartal" bu il yarışlara buraxılmayacaq. Növbəti dörd il üçünsə qərar şərti mahiyyət daşıyır.
