UEFA Türkiyənin "Beşiktaş" klubuna verdiyi bir illik avrokuboklarda iştirak etmək qadağasına qarşılıq "qara qartal" Beynəlxalq Arbitiraj məhkəməsinə (CAS) şikayət edib. Korner.az-ın məlumatına görə, maliyyə problemləri ilə əlaqədar bir illik avrokuboklar qadağasına məruz qalan "Beşiktaş"ın şikayətinə qısa zamanda baxılacağı bildirilir.
Qeyd edək ki, "Xəzər Lənkəran"da məhz CAS-a müraciət etmiş və məlum səbəblərdən silinən 6 xal geri qaytarılmışdı.
