Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib
İlk oyun günündə 8 görüş keçirilib.
G qrupunda “Beşiktaş” “Portu”nu qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Bu nəticə İstanbul klubunu tarixində ilk dəfə olaraq 1/8 finala yüksəldib.
E qrupunda keçirilən “Sevilya” – “Liverpul” oyununda 6 qol vurulub. “Liverpul” ilk yarıda 3:0 hesabı ilə önə keçsə də, sonda qələbəni əldən verib.
F qrupunda “Şaxtyor” səfərdə “Napoli”yə uduzub. “Mançester Siti” isə ardıcıl beşinci qələbəsini qazanıb.
H qrupunda “Real” APOEL-i darmadağın edib. “Borussiya” isə öz meydanında “Tottenhem”ə yenilib.
21 noyabr
Çempionlar Liqası
IV tur
E qrupu
“Spartak” (Rusiya) – “Maribor” (Sloveniya) – 1:1
Qollar: Ze Luis, 82 (1:0), Mesanoviç, 90+2 (1:1)
“Sevilya” (İspaniya) – “Liverpul” (İngiltərə) – 3:3
Qollar: Firmino, 2 (0:1), Mane, 22 (0:2), Firmino, 30 (0:3), Ben Yedder, 51 (1:3); 60-pen (2:3), Pizarro, 90+3 (3:3)
F qrupu
“Mançester Siti” (İngiltərə) – “Feyenoord” (Hollandiya) 1:0
Qol: Sterlinq, 88
“Napoli” (İtaliya) – “Şaxtyor” (Ukrayna) 3:0
Qollar: İnsinye, 56, Zielinski, 81, Mertens, 83
G qrupu
“Beşiktaş” (Türkiyə) – “Portu” (Portuqaliya) – 1:1
Qollar: Felipe, 29 (0:1), Talişka, 41 (1:1)
“Monako” (Fransa) – “Leypsiq” (Almaniya) – 1:4
Qollar: Jemerson, 6-avt (0:1). Verner, 9 (0:2); 31 (0:3), Falkao, 43 (1:3), Keita, 45 (1:4)
H qrupu
“Borussiya” (Dortmund, Almaniya) – “Tottenhem” (İngiltərə) 1:2
Qollar: Aubameyanq, 31 (1:0), Keyn, 39 (1:1), Heunq-Min (1:2)
APOEL (Kipr) – “Real” (İspaniya) 0:6
Qollar: Modriç, 23, Benzema, 39, Naço, 41, Benzema, 45+1, Ronaldo, 49; 54
