“Beşiktaş” ulduz oyunçunun qərarını gözləyir
25.06.2024 , 13:58

“Beşiktaş” Mats Hummels üçün danışıqları davam etdirir.
Korner.az xəbər verir ki, futbolçu transferlə bağlı qərarını hələlik klub rəhbərliyinə çatdırmayıb.
Hummelsin hansı qərarı verəcəyi maraqla gözlənilir. Xarici mətbuatda yazır ki, oyunçu ilə başqa klublar da maraqlanır.
“Borussiya”da 508 rəsmi oyuna çıxan Mats Hummels bu matçlarda 38 qol vurub, 23 məhsuldar ötürmə verib.
