“Beşiktaş” üçün İstanbula gəlir
10.02.2025 , 18:30

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi Kolumbiyanın “Ekidad” klubundan Elan Rikardonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı yarımmüdafiəçi sabah İstanbula gələcək. O, tibbi müayinədən keçəndən sonra Super Liqa nəhəngi ilə müqavilə imzalayacaq.
