“Beşiktaş” üçün İstanbula gəldi
04.07.2024 , 22:15

“Beşiktaş”da Mario Hermosonla bağlı yeni inkişaf yaranıb.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi bazar qiyməti 25 milyon avro olan müdafiəçini İstanbula dəvət edib.
Tərəflərin bir neçə gün ərzində bir araya gələrək sövdələşmə masasına oturacağı bildirilib.
2019-cu ildən “Atletiko Madrid”də çıxış edən 28 yaşlı müdafiəçi ötən mövsüm 45 rəsmi matçda forma geyinib.
Mina Musayeva
