“Beşiktaş” “Torino”nun futbolçusunu istəyir
24.06.2024 , 20:27

“Beşiktaş” transfer işlərini sürətləndirib.
Korner.az xəbər verir ki, İstanbul klubu “Torino” ilə müqaviləsi bitəcək Rikardo Rodriqes üçün hərəkətə keçib.
Xəbərdə, 31 yaşlı isveçrəli sol cinah müdafiəçisinin klubundan ayrılacağı bildirilir.
“Beşoktaş”dan başqa Rikardo Rodriqesi ilə “İnter Mayami”, “Əl Şabab” və “Auqsburq” klubları da maraqlanır.
Ötən mövsüm “Torino”nun heyətində 37 rəsmi oyuna çıxan Rikardo Rodriqes bu matçlarda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
