“Beşiktaş”ın prezidenti Fikrət Orman “Barselona”nın futbolçusu Arda Turanı transfer edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib.
O, 30 yaşlı yarımmüdafiəçini almağı düşünmədiklərini deyib:
“Arda bəyəndiyim oyunçudur. Türkiyənin önəmli markalarından biridir. Komandamızda Ardanın oynadığı mövqedə oyunçu çoxluğu var. Ardanın “Beşiktaş” formasını geyinməsini istəyərəm. Amma hazırda o, gündəmimizdə yoxdur”.
