Avstriyanın Tirol şəhərində yay təlim-məşq toplanışını davam etdirən “Simurq” hazırlıq çərçivəsində üçüncü yoxlama oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, Zaqatala təmsilçisi Türkiyənin məşhur “Beşiktaş” komandası ilə qarşılaşıb.
Matç türklərin qələbəsi ilə yekunlaşıb – 1:2.
Qeyd edək ki, “Simurq” bundan öncə Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşmış və 1:2 hesabıyla məğlub olmuşdu. Türkiyənin digər klubu “İstanbul BB” ilə görüşdə isə 1:1 hesablı heç-heçə qeydə alınmışdı.
