Növbəti mövsüm iddialı komanda qurmaq istəyən “Beşiktaş” transfer fəaliyyətini davam etdirir.
“Beşiktaş” “Göztəpə” ilə müqaviləsi başa çatacaq Demba Ba ilə razılığa gəlib. Seneqallı hücumçu ilə 1+1 illik müqavilə bağlanacaq. Banın illik maaşı 2,5 milyon avro olacaq.
32 yaşlı futbolçu 2014/2015 və 2017-ci illərdə “Beşiktaş”da çıxış edib.
