Dünya Futbolu

“Beşiktaş” qolkiper axtarışında

15.03.2019 , 11:28

Mövsümün başında Fabri ilə yollarını ayıran “Beşiktaş” klubu 2 illik icarə əsasında “Liverpul”da çıxış edən Loris Kariusu heyətinə cəlb etmişdi.

Lakin, almaniyalı qolkiperin uğursuz çıxışı xəyal qırıqlığı yaradıb. Məhz bu səbəbdən “ağ-qara” lar qolkiper boşluğunu doldurmaq üçün artıq transfer görüşlərinə başlayıb.

İlk hədəf isə “Başakşehir”in şərəfini qoruyan qolkiper Volkan Babacan olub. Rəhbərlik milli oyunlar üçün veriləcək fasilədən istifadə edib Volkan Babacan üçün transfer görüşlərinə başlayacağını bildirib.

Son yazılar

Yuxarı