“Beşiktaş”da gözlənilənləri verməyən Denis Boyko klubdan ayrılacaq.
Ukraynalı çərçivə qoruyucusuna ölkəsinin iki nəhəng komandası – “Dinamo” Kiyev və “Şaxtyor” “elçi düşüb”. 29 yaşlı futbolçunun agenti bu komandalarla danışıqlar aparır.
Boyko 2016-cı ildə “Dnepr”dən “Beşiktaş”a keçmişdi. İstanbul klubu ötən mövsüm qapıçını “Malaqa”ya icarəyə vermişdi.
