Türkiyə Superliqasında bü gün əzəli rəqiblər "Beşiktaş" və "Qalatasaray" qarşılaşacaq.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu günə kimi klublar 334 oyunda qarşı – qarşıya gəliblər. Bu oyunların 118-də "Cim Bom", 105-də isə "qara qartallar" üstün olub. 111 oyun isə heç – heçə başa çatıb.
Xatırladaq ki oyun bu gün Bakı vaxtı ilə saat 21:00-da "Olimpiya" satdionunda keçiriləcək. Komandaların meydana aşağıdakı heyətlərlə çıxacağı gözlənilir.
"Beşiktaş": Tolqa Zəngin, Sərdar Qurtuluş, Tomas Sivok, Julien Eskude, Ramon Motta, Atiba Hatçinson, Vəli Kavlak, Gökhan Törə, Olcay Şahan, Manuel Fernandes, Huqo Almeyda.
"Qalatasaray": Fernando Muslera, Sabri Sarıoğlu, Gökhan Zan, Semih Qaya, Albert Riyera, Felipe Melo, Selçuk İnan, Bruma, Uesli Sneyder, Umut Bulut, Burak Yılmaz.
Oyunda hesabı "Beşiktaş" açsa da, "sarı-qırmızılılar" Droqbanın dubluylaönə keçib. Matçın son dəqiqələrində Melo qırmızı vərəqə alınca azarkeşlər meydana kənar əşyalar atmağa başlayıblar. Bundan sonra oyunçular paltardəyişmə otaqlarına yollanıblar. Oyunun 90+3-cü dəqiqəsində baş hakim Fırat Aydlınus oyunun təxirə salındığını elan edib. TFF-nin məsələyə baxacağı və "Beşiktaş"a texniki məğlubiyyət verəcəyi deyilir.
“Beşiktaş” – “Qalatasaray” 1:2
Qollar: Almeyda, 18 // Droqba, 60, 72
