“Beşiktaş” – “Qalatasaray” matçının hakim təyinatları açıqlandı
18.03.2025 , 09:45

Türkiyə Super Liqasının 28-ci turunda keçiriləcək “Beşiktaş” – “Qalatasaray” matçı üçün hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, görüşü bosniyalı referilər idarə edəcək.
Matçın baş hakimi İrfan Pelito olacaq.
“Beşiktaş” – “Qalatasaray” oyunu martın 29-da keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.
