“Beşiktaş” Pedro ilə yolları ayırdı
19.06.2020 , 17:31

“Beşiktaş” portuqaliyalı legioneri Pedro Reboşo ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
25 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu Fransanın “Genqam” klubuna qayıdıb.
Qeyd edək ki, Pedro Reboşo “Beşiktaş”da ümumilikdə 17 oyuna çıxıb.
