“Beşiktaş” onu yenidən icarəyə verdi
22.07.2024 , 23:00

“Beşiktaş” qapıçısı Emre Bilgini icarəyə verib.
Korner.az xəbər verir ki, 20 yaşlı qolkiper mövsümün sonuna qədər “Fatih Karagümrük”də çıxış edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Emre Bilgin ötən mövsümü də icarə əsasında “Fatih Karagümrük”də keçirmişdi. Gənc qolkiper 13 matçda “Fatih Karagümrük”ün qapısını qoruyub. Emre Bilgin bu matçların 5-də qapını təmiz saxlayıb.
