“Beşiktaş” onu icarəyə verdi
30.07.2024 , 23:13

“Beşiktaş” futbolçusu Tayfur Bingölü icarəyə göndərib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı müdafiəçi 2024/2025 mövsümünü “Eyüpspor”da keçirəcək.
Bingöl ötən mövsüm “Beşiktaş”ın heyətində 19 matçda meydana çıxıb, 1 qol vurub, 2 qolun ötürməsini verib.
