“Beşiktaş” onu göndərir
02.08.2024 , 11:30

“Beşiktaş”ın futbolçusu Aleks Oksleyd-Çemberlen klubundan ayrılacaq.
Korner.az xəbər verir ki, o, karyerasını İngiltərədə dacam etdirməyə yaxındır.
Zədəli olduğu üçün gözlənildiyi kimi çıxış edə bilməyən təcrübəli oyunçu ilə “Şeffild Yunayted”in maraqlandığı, İstanbul klubunun isə futbolçunun gedişinə mane olmayacağı bildirilir.
Ötən mövsüm “Beşiktaş”ın heyətinə qatılan 30 yaşlı britaniyalı ulduz komandanın heyətində çıxdığı 30 matçda 4 dəfə qol sevinci yaşayıb.
