“Beşiktaş” onu da göndərdi
12.01.2026 , 21:55
Türkiyənin “Beşiktaş” klubunda növbəti ayrılıq baş verib.
Korner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi çexiyalı futbolçu David Yuraşeklə yollarını ayırıb.
Xəbərdə, sol cinah müdafiəçisi ilə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.