“Beşiktaş” onu birdəfəlik aldı
14.02.2024 , 10:55

“Beşiktaş” yeni transferini həyata keçirib.
Korner.az xəbər verir ki, klub “Braqa”dan icarəyə götürdüyü Al Musratini birdəfəlik alıb.
Bu barədə İstanbul təmsilçisinin saytı məlumat yayıb.
Məlumatda, “Beşiktaş”ın Portuqaliya klubuna 11 milyon avro təzminat ödədiyi diqqətə çatdırılıb.
27 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin iyununa kimi müqavilə imzalanıb.
