Türkiyə Super Liqasının oyununlda хoşagəlməz hadisə baş verib.
Korner.az-ın məlumatına görə, Başakşəhər Fatih Terim stadionunda baş tutan “Beşiktaş” – “Konyaspor” matçının 2-ci dəqiqəsində işıqlar sönüb.
Elektrik kəsintisinin səbəbi açıqlanmayıb. İşıqlar sönəndən sonra futbolçular tempin ölməməsi üçün meydanda isinmə hərəkətləri edib.
Xatırladaq ki, Topaz Premyer Liqasının XIV turu çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” oyununda da stadionda işıqlar sönmüşdü
