“Beşiktaş” – “Neftçi” matçının vaxtı dəyişdirildi
17.08.2023 , 10:42

Konfrans Liqasının 3-cü təsnifat mərhələsində bu gün keçiriləcək “Beşiktaş” – “Neftçi” cavab oyununun başlama saatı dəyişdirilib.
Korner.az xəbər verir ki, matç Bakı vaxtı ilə saat 21:00-da yox, 22:00-da start götürəcək.
Hələlik UEFA-nın belə qərar verməsinin səbəbi məlum deyil.
