“Beşiktaş” müvəqqəti ona tapşırıldı
22.12.2023 , 13:57
“Beşiktaş” baş məşqçisi ilə yollarını ayırdıqdan sonra komandanı müvəqqəti çalışdıracaq ad məlum olub.
Korner.az xəbər verir ki, İstanbul klubunu “Beşiktaş”ın U-19 komandasının baş məşqçisi Serdar Topraktepe çalışdıracaq.
Komanda onun rəhbərliyi ilə “Hatayspor”la matça çıxacaq.
”Hatayspor” – “Beşiktaş” oyunu dekabrın 25-də keçiriləcək.