Ryan Babeli transfer edən Türkiyənin “Beşiktaş” klubu müdafiədəki problemi həll etmək üçün “Şaxtyor” klubunun futboçusunu heyətinə qatmaq istəyir.
Korner.az-ın məlumatına görə, “Beşiktaş” Ukrayna “Şaxtyor”unun müdafiəçisi Yarlov Rakitski üçün 3.5-4 milyon avrosundan keçməyə hazırdır.
Türk klubu UEFA-nın qoyduğu məhdudiyyətə görə əvvəlcə futbolçunu icarə əsasında heyətə qatmaq istəyir. Məhdudiyət bitdikdən sonra isə pulun tamamını ödəyəcəyi bildirilir.
Xatırladaq kı, UEFA-nın qoyduğu məhdudiyyət mövsüm sonu bitir.