“Beşiktaş” müdafiəçisini itirdi
09.04.2025 , 10:00

“Beşiktaş” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Emirhan Topçu sıradan çıxıb.
34 yaşlı futbolçu Super Liqanın 30-cu turunda “Kasımpaşa” ilə matçda zədələnib.
O, “Başakşehir”lə keçiriləcək oyununu buraxacaq.
Aprelin 12-də baş tutacaq olan “Beşiktaş” – “Başakşehir” matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
