“Beşiktaş” müdafiəçi axtarır
07.04.2025 , 13:00

“Beşiktaş” yeni mövsüm üçün transfer çalışmalarına başlayıb.
Korner.az xəbər verir ki, İstanbul klubu müdafiə xəttini gücləndirmək istəyir.
Super Liqa təmsilçisi hazırda “Borussiya”da icarə əsasında çıxış edən Daniel Svenssonla maraqlanır.
Türkiyə nəhəngi 23 yaşlı oyunçu üçün yayda təklif göndərməyə hazırlaşır.
O, müqavilə ilə “Norşelland” klubuna aiddir. Futbolçunun Danimarka klubu ilə sözləşməsinin müddəti 2027-ci ilə qədərdir.
