“Beşiktaş” müdafiə xəttini onunla gücləndirir
21.05.2025 , 17:45

“Beşiktaş” yeni mövsüm üçün transfer axtarışlarını davam etdirir.
Korner.az xəbər verir ki, “ağ-qaralar” yeni sezonda müdafiə xəttini gücləndirməyə çalışacaq.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, İstanbul klubunun “Sauthempton”un polşalı müdafiəçisi Yan Bednareklə maraqlandığı iddia olunub.
Xəbərə görə, Superliqa təmsilçisi yaxın günlərdə 29 yaşlı futbolçu üçün İngiltərə klubuna təklif göndərəcək.
Klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər olan oyunçu Çempionşipdə oynamaq istəmədiyi üçün komandadan ayrılmağı fikirləşir.
