“Beşiktaş” müdafiə xətti üçün onu düşünür
20.06.2024 , 21:56

“Beşiktaş” müdafiə xəttini gücləndirmək üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Malyorka”da çıxış edən Xose Kopeteni transfer etməyi düşünür.
Türkiyə mətbuatının yaydığı xəbərdə, yaxın vaxtlarda rəsmi danışıqların olacağı gözlənilir.
Ötən mövsüm “Malyorka”nın heyətində 27 rəsmi oyuna çıxan Xose Kopete bu matçlarda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Mina Musayeva
