Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. Keçiriləcək görüşlərlə son iki 1/4 finalçı müəyyənləşəcək.
"Çelsi" səfərdə "Barselona"nın qonağı olacaq. Londondakı ilk görüşdə tərəflər hərəyə bir dəfə fərqləniblər. Növbəti mərhələyə adlamamaq üçün Kataloniya klubunu qolsuz bərabərlik də qane edir.
Digər görüşdə isə "Beşiktaş" "Bavariya"nı qəbul edəcək. Bu oyun daha çox formal xarakter daşıyır. Çünki İstanbul klubunun ilk matçda qeydə alınan 0:5 hesablı yenilginin əvəzinin çıxması inandırıcı görünmür.
14 mart
Çempionlar Liqası
1/8 final (cavab oyunları)
21:00. “Beşiktaş” (Türkiyə) – “Bavariya” (Almaniya) – 1:3
İlk oyun – 0:5
23:45. “Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə) – 3:0
İlk oyun – 1:1
