Tükiyənin “Beşiktaş” klubu İngiltərədən oyunçu transfer etmək niyyətindədir.
Korner.az-ın məlumatına görə, istanbullular ingilis nəhəngi “Mançester Siti”nin futbolçusu Joleon Lescotu transfer etmək istəyir. Uzun müddətdirki heyətinə ulduz qatmaq istəyən “ağ-qara”lar hələki istəyinə nail ola bilməyib. Futbol mütəxəssisləri bu transferin də reallaşmasına çox ümüd bəsləmirlər.
Qeyd edək ki, “Beşiktaş” qış fasiləsi dönəmində braziliyalı əfsanə Ronaldiniyonu heyətinə cəlb etmək istəyirdi. Yalnız aparılan danışıqlar heç bir nəticə vermədi.
