Türkiyənin “Beşiktaş” klubu axtardığı baş məşqçisini tapıb.
Korner.az-ın məlumatına görə, “qara qartal” Xorvatiya millisinin və Rusiyanın “Lokomotiv” klubunun sabiq baş məşqçisi Slaven Biliçlə anlaşıb. Artıq tərəflər arasında bütün məsələlər həll olunub və 44 yaşlı mütəxəssis müqavilə bağlaması üçün iyunun 27-də onun İstanbula gəlməsi gözlənilir.
Müqavilə 2 illik nəzərdə tutulub.