“Beşiktaş” legioneriylə yolları ayırdı
09.04.2020 , 20:37

“Beşiktaş” futbolçusu Pedro Reboşo ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İcarə əsasında “Beşiktaş”da forma geyinən və müqaviləsi mövsümün sonuna qədər olan Reboşo ilə müqaviləyə xitam verilib.
“Beşiktaş” 25 yaşlı müdafiəçini Fransanın “Genqam” klubundan icarəyə götürmüşdü.
