Türkiyə Super Liqasında mübarizə aparan İstanbulun “Beşiktaş” klubu transfer çalışmalarını davam etdirir.
Korner.az-ın verdiyi məlumata görə, “Qara Qartallar” İsveçrənin “Luzern” klubunun şərəfini qoruyan Jahmir Hykanı heyətində görmək istəyir.
İstanbul klubunun transfer üçün 28 yaşlı alban futbolçunun klubu ilə əlaqə saxladığı bildirilir.
