“Beşiktaş” klubu məhkəməyə verilib
02.11.2018 , 21:00

Türkiyənin “Alanyaspor” klubu “Beşiktaş”ı məhkəməyə verib
Buna İstanbul təmsilçisinin futbolçu Vaqner Lavın transferində qarşı tərəfə ödənilməli olan məbləğin gecikməsi səbəb olub.
Qeyd edək ki, Vaqner Lav 2018-ci ilin yanvarında “Beşiktaş”a keçib. Onun transfer məbləğinin 3,7 milyon avro olduğu iddia olunur. Klub 34 yaşlı braziliyalı hücumçunun transfer məbləğini hissə-hissə ödəməlidir.
