“Beşiktaş” İtaliyadan futbolçu gətirir
26.07.2024 , 15:16

“Beşiktaş” yeni transfer üçün İtaliyaya üz tutub.
Korner.az xəbər verir ki, klub “Napoli”dən Natan Bernardo de Souzanı heyətinə cəlb etmək istəyir.
İstanbul təmsilçisi artıq 23 yaşlı braziliyalı ulduz üçün rəsmi təklif də hazırlayıb.
2028-ci ilə qədər müqaviləsi olan futbolçunun qiyməti 12 milyon avrodur.
Daha əvvəl “Braqantino” və “Flamenqo”da çıxış edən futbolçu indiyədək karyerasında 145 matça çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mina Musayeva
