“Beşiktaş” ispaniyalı futbolçu transfer edir
10.03.2025 , 22:43

“Beşiktaş” bu dəfə transfer üçün İspaniyaya üz tutub.
Korner.az xəbər verir ki, Türkiyə klubu hazırda “Real Betis”də forma geyinən İsko ilə maraqlandığı iddia olunur.
Super Liqa təmsilçisi ispaniyalı futbolçunu yayda heyətinə cəlb etməyi düşünür.
32 yaşlı oyunçunun hazırkı transfer dəyəri 20 milyon avro olaraq göstərilir.
