Canər Ərkinin transfer hüququnu almaq istəyən Türkiyənin “Beşiktaş” klubu “İnter”lə razılaşıb.
Korner.az-ın məlumatına görə, bu haqda “NTV Spor” xəbər yayıb.
Milan təmsilçisi satın alma opsionu 1 milyon avro olan oyunçu üçün “qara qartallar”ın 750 min avro ödəməsinə razı olub.
Qeyd edək ki, müdafiəçi mövsümü icarə əsasında “Beşiktaş”da keçirib.
