Türkiyə Super Liqasında çıxış edən “Beşiktaş” klubu İtaliya “İnter”indən gənc futbolçu Qabriel Barbosanı icarə əsasında heyətinə qatmaq istəyir.
Korner.az-ın verdiyi məlumata görə, “Qara qartal”lar ümidləri doğrultmayan Abubakara alternativ olaraq “Qabiqol” ləqəbi ilə tanınan gənc istedadı icarəyə götürmək istəyir.
Qeyd edək ki, bu il Braziliyanın “Santos” klubundan tarnsfer olunan 20 yaşlı braziliyalı futbolçu mövsümün birinci yarısında sadəcə 16 dəqiqə meydanda olub.
